Avropa Voleybol Konfederasiyası (CEV) beynəlxalq dərəcəli azərbaycanlı hakim Fuad Ağayevə növbəti dəfə etimad göstərib.
Fanat.Az xəbər verir ki, o, qadın voleybolçuların CEV Kubokunda PAOK (Yunanıstan) - "OTP Banka Branik" (Sloveniya) matçının baş hakimi təyin edilib.
Bu görüşdə ikinci hakim kimi isə polşalı Pyotr Krol yer alacaq.
Qeyd edək ki, oyun dekabrın 3-də Yunanıstanda keçiriləcək.