AZ

Sabah bəzi yerlərdə yağış yağacaq

Azərbaycanda dekabrın 3-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gecə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-11, gündüz 12-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 12-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

Seçilən
105
49
yeniazerbaycan.com

10Mənbələr