AZ

Ukrayna Çeçenistana zərbələr endirib | VİDEO

AzVision.az xəbər verir ki, yerli ictimai qruplar şəhərdə Xüsusi Təyinatlı qüvvələrin universitetinin yerləşdiyi ərazidə partlayışlar yaşandığını bildiriblər. Ərazidə yerləşən “Axmat” alayına zərbə endirilməsi ilə bağlı xəbər də yayılıb.

“Supernova+” Telegram-kanalının məlumatına görə, yerli ictimai qruplarda şəhərdə baş verən partlayışla bağlı çoxsaylı videolar paylaşılıb. Bu resurs daha sonra foto yayaraq, hücumun Açxoy-Martan rayonu üzrə Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FTX) qarşı həyata keçirildiyini bildirib.

“Dekabrın 2-nə keçən gecə Çeçenistan, Dağıstan, Kabardin-Balkar, Şimali Osetiya respublikalarında və Stavropol diyarında PUA-lardan zərbə endirilməsi təhlükəsi elan edilib. Uçuşların təhlükəsizliyi ilə əlaqədar Vladiqafqaz, Qroznı, Maqas, Mahaçqala və Nalçik hava limanlarında məhdudiyyətlər tətbiq olunub”,- “Qafqaz qovşağı” nəşrinin məlumatında bildirilir.

Kiyev Rusiyanın energetika sektorunu hədəfə alıb
Daha sonra Rusiyanın Müdafiə nazirliyi hava hücumundan müdafiə (HHM) sistemlərinin Krasnodar diyarı, Volqoqrad və Rostov vilayətlərində pilotsuz təyyarələri vurduğunu bildirib. Onların Çeçenistanda da dörd PUA-nı məhv etdiyi açıqlanıb.

Xatırladaq ki, dekabrın 2-nə keçən gecə Ukraynaya məxsus pilotsuz təyyarələr həmçinin Rusiyanın Oryol vilayətində energetika infrastrukturunun obyektlərinə hücum edib.



Sahil İsgəndərov
AzVision.az
Seçilən
86
1
azvision.az

2Mənbələr