“Auqsburq” baş məşqçisi Sandro Vaqnerlə yolları ayırıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər. 38 yaşlı mütəxəssis 2025-ci ilin yayından bu komandanı çalışdırırdı.
Bundesliqada geridə qalan 12 turdan sonra “Auqsburq” cəmi 10 xal toplayaraq turnir cədvəlində 14-cü pillədə qərarlaşıb. Komandanın uğursuz nəticələri rəhbərliyin qərarına əsas səbəb olub.
“Auqsburq” növbəti matçını dekabrın 6-da, evdə “Bayer”ə (Leverkuzen) qarşı keçirəcək.