AZ

Avropa İttifaqının diplomatik qərargahında axtarışlar aparıldı

Belçika polisi Brüsseldə yerləşən Avropa Xarici Fəaliyyət Xidməti (EEAS) qərargahında, həmçinin Brüggedəki Avropa Kollecində və bəzi şəxsi mənzillərdə axtarışlar aparıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Euractiv mənbələrə istinadla məlumat yayıb.

İstintaq tədbirləri Aİ vəsaitlərinin təyinatı üzrə xərclənməməsi ilə bağlı mümkün halların araşdırılması çərçivəsində həyata keçirilib.

Məlumata görə, bir sıra sənədlər müsadirə olunub, satınalmalar zamanı fırıldaqçılıq və korrupsiya şübhəsi ilə üç nəfər dindirilmək üçün saxlanılıb.

Avropa Xarici Fəaliyyət Xidmətinin əməkdaşı qərargahda axtarış faktını təsdiqləyib.

Seçilən
73
nocomment.az

1Mənbələr