AZ

Həyatından bəhs edən filmə görə 40 milyon qazanacaq

ain.az, Axsham.az portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, ABŞ-nin birinci xanımı Melaniya Tramp "Muse Films" adlı kinematoqrafiya şirkətini yaratdığını açıqlayıb.

Axşam.az-ın məlumtına görə, şirkətin ilk layihəsi “Melaniya” adlı sənədli film olacaq.

Ekran işinin adı birinci ledinin 2017–2021-ci illərdə xüsusi xidmət orqanları tərəfindən istifadə olunan kod adından – “Muse”dən götürülüb. Rejissor Brett Retnerin çəkdiyi film Melaniyanın həyatının pərdəarxası məqamlarını göstərəcək. Ekran işi onun Ağ Evə dönüş hazırlıqlarını, ailə anlarını və ictimai öhdəliklərlə şəxsi həyat arasında balansını əks etdirəcək.

Premyera 30 yanvar 2026-da ABŞ və bir sıra ölkələrin kinoteatrlarında olacaq. Daha sonra film "Prime Video"da yayımlanacaq. Platforma ekran işinin hüquqlarını 40 milyon dollara alıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
80
axsam.az

1Mənbələr