AZ

Hitlerə bənzər çıxışyla gündəmə gələn AfD üzvü partiyadan qovulub

Partiya rəhbərliyi: Belə şəxslərin təşkilatda yeri yoxdur...

Almaniyanın ultra-sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının Hitlerə bənzər çıxış edərək qalmaqal yaradan üzvü təşkilatdan kənarlaşdırılıb.

Poliqon xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.

Partiyanın həmsədri Tino Xrupalla bildirib ki, sözügedən şəxs, Aleksandr Ayxvald artıq partiyadan çıxarılma bildirişi alıb və təşkilatı tərk edəcək.

“Biz belə insanların partiyamızda olmasını istəmirik”, deyə Xrupalla açıqlamasında qeyd edib. O, Ayxvaldın səhnəyə Hitler üslubunda çıxmasını “pis satira” kimi qiymətləndirib.

Məlumata görə, Ayxvald AfD-yə cəmi iki ay əvvəl qoşulub. Hadisə Almaniyada ultra-sağçı siyasi çevrələrin radikallaşması ilə bağlı narahatlıqları bir daha gündəmə gətirib və partiya rəhbərliyinin reputasiya riskləri ilə üz-üzə qaldığını göstərib.

Poliqon.info

Seçilən
29
poliqon.info

1Mənbələr