AZ

II Liqa: "Xankəndi" zirvədən "beşəlli yapışdı"

Azərbaycan II Liqasında birinci dövrəyə yekun vurulub.

Fanat.Az xəbər verir ki, 11-ci turun son oyun günündə 3 qarşılaşma baş tutub. 

"Xankəndi" Bakıda "Şirvan"a qalib gəlib. Qarabağ təmsilçisi böyük hesablı qələbə sayəsində həm ötən gün "Qaradağ Lökbatan"a təhvil verdiyi zirvəyə qayıdıb, həm də topların ən yaxşı nisbətinə görə üstünlüyünü artırıb. 

Yarım saat gec başlayan digər oyunlara gəlincə, "Şəmkir" öz meydanında "Kür-Araz"ı minimal hesabla yenib. "Ağdaş" ilə "Göygöl"ün görüşünün taleyini də 1 qol həll edib.

Qeyd edək ki, ötən gün keçirilən oyunların hamısında 4:1 hesabı qeydə alınıb: "Qaradağ Lökbatan" "Dinamo"nu, "Quba" "Şəki Siti"ni, “Ağstafa Gəncləri” isə “Araz Saatlı”nı çətinlik çəkmədən məğlub edib. 

Azərbaycan II Liqası
XI tur
2 dekabr 

“Xankəndi” – “Şirvan” 5:1
Qol:
E.Rəhimov, 30. E.Hüseynzadə, 45+1. T.Qürbətov, 63. H.Hüseynli, 87. B.Teymurov, 90 - Ç.Məmmədov, 71.

“Şəmkir” – “Kür-Araz” 1:0
Qol: İ.
Əliyev, 70.

“Ağdaş” – “Göygöl” 2:0
Qol:
 V.Nəsirov, 75. A.Kərimxanov, 82.

Seçilən
42
7
fanat.az

8Mənbələr