AZ

“Qarabağ” azarkeşlərə müraciət etdi: “Ayaks”la matçın biletlərinə görə

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 6-cı turu çərçivəsində dekabrın 10-u keçiriləcək “Qarabağ” - “Ayaks” qarşılaşması üçün bilet satışlarının başlanmasına sayılı günlər qalır.

Publika.az xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb.

Bildirilib ki, qarşılaşmanın biletləri yalnız klub tərəfindən təsdiqlənmiş rəsmi satış kanalları vasitəsilə təqdim olunacaq. Azarkeşlərdən biletləri yalnız rəsmi platformalardan əldə etmələri xahiş olunur.

Satış prosesinə yaxın günlərdə start verilməsi planlaşdırılır və bununla bağlı ən son məlumatlar klubun rəsmi kanallarında paylaşılacaq.

Seçilən
162
10
publika.az

10Mənbələr