AZ

Aİ Rusiyaya müqavimət göstərmək üçün İrəvana €15 mln ayırdı

Brüsseldə Ermənistan-AB Tərəfdaşlıq Şurasının 6-cı iclası  keçirilir. İclasdan sonra Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas mətbuat konfransında bunları deyib:

"Aİ xarici işlər nazirləri dekabr ayında görüşəcəklər. Ararat Mirzoyanı Ermənistanın dayanıqlığının gücləndirilməsi və seçkilərlə bağlı məsələlərin müzakirə olunacağı bu görüşə dəvət edirəm.

2025-ci il Aİ-Ermənistan münasibətləri üçün mühüm bir il oldu. Onilliklər davam edən münaqişəyə son qoyan 8 avqustda Ermənistan və Azərbaycan arasında imzalanan müqavilələr də çox vacibdir və bu məsələdə Aİ-nin dəstəyinə sahibsiniz. Aİ sizi dəstəkləmək üçün hər şeyi edəcək.

Bu gün sülh və Ermənistanın dayanıqlığının gücləndirilməsi üçün 15 milyon avro maliyyələşdirmə elan edirəm. Bir sıra təşəbbüslər həyata keçiriləcək.

Əlbəttə ki, Ermənistan başqa çətinliklərlə də üzləşir. Parlament seçkiləri ərəfəsində Rusiya və onun proksi qüvvələri Ermənistana qarşı dezinformasiya hücumları həyata keçirirlər. Moldovada fəal şəkildə istifadə edilən eyni şəbəkələri, eyni ssenarini görürük. Aİ maliyyələşdirməsi xarici təsirləri aşkar etməyə və onlara qarşı çıxmağa kömək edəcək."

Seçilən
150
anspress.com

1Mənbələr