AZ

Politico: “ABŞ Rusiyanın pullarını geri qaytaracaq”

AzVision.az xəbər verir ki, iki yüksək rütbəli diplomata istinad edən “Politico” nəşri belə məlumat yayıb.

“Amerikalı məmurlar bu barədə Avropa İttifaqının (Aİ) sanksiyalar üzrə nümayəndəsi Devid O'Sallivana yayda onun ABŞ-yə səfəri zamanı məlumat veriblər. Sentyabr ayında O'Sallivanın səfərindən sonra Avropa Komissiyasının (AK) sədri Ursula von der Lyayen dondurulmuş Rusiya vəsaitləri hesabına təmin olunacaq “təzminat krediti”verməyi təklif edib”, - qəzet vurğulayır.

ABŞ-nin ilkin “sülh planı”na görə, dondurulmuş Rusiya aktivlərinin 100 milyard dolları Amerikanın Ukraynadakı yenidənqurma və investisiya təşəbbüslərinə yönəldilməli, gəlirin 50%-i Vaşinqtona verilməli idi. Avropanın da öz növbəsində bərpa səylərini artırmaq üçün 100 milyard dollar töhfə verməsi nəzərdə tutulurdu.

FT: “Avropa Bankı Ukraynaya zamin durmayacaq”
Moskvanın Qərbdə dondurulmuş qalan aktivləri ayrıca ABŞ-Rusiya investisiya layihələrinəyatırılmalı idi. “Bloomberg” agentliyi daha sonra Rusiya aktivlərinin dondurulması ilə bağlı bəndin Trampın ilkin “sülh palnı”ndan çıxarıldığını yazdı.

- Avropalı məmurlar ABŞ-nin Ukraynanın bərpası üçün rəsmi şəkildə nəzərdə tutulsa belə, aktivlərin bir hissəsini ələ keçirərək, qalanını Rusiya ilə bölüşdürə biləcəyindən qəzəblənirlər”, - “Politico” nəşrinin bir neçə mənbəsi deyib.

Böyük Britaniyanın “Financial Times” nəşri, öz növbəsində” Avropa Mərkəzi Bankının (AMB) Ukraynaya Rusiya aktivlərinin təminatı qarşılığında 140 milyard avro vəsaitin ayrılmasına iştirakdan imtina etdiyini diqqətə çatdırıb.

AK rəsmiləri AMB-nin Belçikadakı “Euroclear” depozitarisinə kreditoru kimi çıxış etməsi təklifini veriblər. Lakin AMB belə bir qərarın monetar maliyyələşdirmə - Aİ müqavilələri ilə qadağan olunmuş dövlət büdcəsi kəsirinin birbaşa örtülməsi kimi anlaşılacağını bildirib.

İki mənbə bundan sonra AK-nin Kiyevə verilməsi nəzərdə tutulan 140 milyard avroluq kredit üçün müvəqqəti likvidlik təmin edəcək alternativ sxemlər hazırlamağa başladığını deyib.

Sahil İsgəndərov
AzVision.az


Seçilən
49
1
azvision.az

2Mənbələr