AZ

YENİLƏNİB “Fərqindəlik ” layihəsi Biləsuvar rayonunda reallaşıb

Aksiya “PAŞA Holdinq” və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

Bu təşəbbüsün əsas məqsədi bölgədə ictimai sağlamlıq biliklərini artırmaq, erkən diaqnozun vacibliyinə diqqət çəkmək və yerli əhaliyə daha əlçatan tibbi xidmətlər təqdim etməkdir.

Aksiya saat 10:00-dan 18:00-dək davam edib. Bu müddətdə Biləsuvar və ətraf rayon sakinlərinə:

Qanda şəkər səviyyəsinin və arterial təzyiqin yoxlanılması;

İlkin laborator analizlər;

Terapevt və endokrinoloq müayinələri;

Qalxanvari vəzin USM müayinəsi;

Qastroenteroloji müayinə;

Ginekoloji müayinələr;

Oftalmoloji xidmətlər

Aksiyaya qatılanlara sağlamlıqla bağlı fərdi məsləhətlər verilib, onlar sağlamlıqları ilə bağlı narahatlıqlarına uyğun olaraq müvafiq sahələrə yönləndiriliblər. Risk qrupunda olan insanlara fərdi sağlamlıq planı təqdim olunub. İlkin şəkər aşkarlananlara qlükometr cihazları verilib. Bu, onların gündəlik qlikemik nəzarət aparmasına və uzunmüddətli fəsadların qarşısının alınmasına kömək edəcək. Əlavə olaraq azyaşlı pasientlərimizə rəngləmə kitabçaları və və rəngli qələmlər təqdim edilib.

Seçilən
131
5
azertag.az

6Mənbələr