AZ

Beş müəssisənin səhmləri yenidən satışa çıxarılacaq

2026-cı il yanvarın 13-də səhmlərin satışına dair təkrar pul hərracı keçiriləcək.

NOCOMMENT.az Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına istinadən xəbər verir ki, hərracda beş səhmdar cəmiyyətinin dövlətə məxsus səhm paketləri satışa çıxarılacaq.

Bunlar “Salyan Broyler”, “Yevlax Yük Avtonəqliyyat”, “Yevlax Kəndnəqliyyat”, “Şıxlar Broyler” və Xaçmaz Mexanizasiya Nəqliyyat” ASC-lərdir.

“Salyan Broyler” rayonun Xələc kəndində yerləşir, nizamnamə kapitalı 1 120 118 manatdır. Cəmiyyətin hər birinin nominal dəyəri 2 manat olan 560 059 ədəd səhminin 30%-i, yəni 168 225 ədəd səhm hərraca çıxarılacaq. Onların ümumi nominal dəyəri 336 450 manat, ilkin hərrac qiyməti isə 168 225 manat müəyyən edilib.

“Yevlax Yük Avtonəqliyyat” şəhərin Pişəvəri küçəsi, 8 ünvanında yerləşir, nizamnamə kapitalı 316 887 manatdır. Cəmiyyətin hər birinin nominal dəyəri 2 manat olan 158 443 ədəd səhminin 30%-i, yəni 47 543 ədəd səhm hərraca çıxarılacaq. Onların ümumi nominal dəyəri 95 086 manat, ilkin hərrac qiyməti isə 47 543 manat müəyyən olunub.

“Yevlax Kəndnəqliyyat” şəhərin Nizami küçəsi, 37 ünvanında yerləşir, nizamnamə kapitalı 225 901 manatdır. Cəmiyyətin hər birinin nominal dəyəri 2 manat olan 112 950 ədəd səhminin 30%-i, yəni 33 906 ədəd səhm hərraca çıxarılacaq. Onların ümumi nominal dəyəri 67 812 manat, ilkin hərrac qiyməti isə 33 906 manat müəyyən edilib.

“Şıxlar Broyler” Masallı rayonunun eyniadlı kəndində yerləşir, nizamnamə kapitalı 279 610 manatdır. Cəmiyyətin hər birinin nominal dəyəri 2 manat olan 139 804 ədəd səhminin 30%-i, yəni 42 090 ədəd səhm hərraca çıxarılacaq. Onların ümumi nominal dəyəri 84 180 manat, ilkin satış qiyməti isə 42 090 manat müəyyən olunub.

“Xaçmaz Mexanizasiya Nəqliyyat” şəhərin Sabir küçəsi, 4 ünvanında yerləşir, nizamnamə kapitalı 123 056 manatdır. Cəmiyyətin hər birinin nominal dəyəri 2 manat olan 61 528 ədəd səhminin 30%-i, yəni 18 463 ədəd səhm hərraca çıxarılacaq. Onların ümumi nominal dəyəri 36 926 manat, ilkin hərrac qiyməti isə 18 463 manat müəyyən edilib.

Seçilən
51
5
nocomment.az

9Mənbələr