AZ

Tai Po yanğınında ölənlərin sayı 156-ya çatdı

Tai Po yanğınında ölənlərin sayı 156-ya çatdı

Çinin Honq Konq Xüsusi İnzibati Regionunun Tai Po rayonunda 8 mənzilli binanın olduğu yaşayış kompleksində baş vermiş yanğında ölənlərin sayı 156-ya yüksəlib.

Honq Konq Polis İdarəsinin açıqlamasına görə, yanan binalarda aparılan axtarışlar zamanı bu gün əlavə 5 nəfərin meyiti tapılıb.

Yanğında həyatını itirənlərin sayı 156-ya çatıb və onların 127-nin şəxsiyyəti müəyyən edilib.

Əvvəlki açıqlamalarda yanğında 11-i yanğınsöndürən olmaqla 79 nəfərin yaralandığı bildirilmişdi.

Seçilən
49
afn.az

1Mənbələr