AZ

“Ukraynada bu “ət maşını”nı dayandırmalıyıq” –NATO Baş katibi

“Minlərlə insanın ölümünə səbəb olan bu “ət maşını”nı dayandırmalıyıq“.

AzPost UNIAN-a istinadən bildirir ki, bunu NATO-nun baş katibi Mark Rutte Ukrayna jurnalistlərinin suallarını cavablandırarkən bildirib.

“Hər ay 20.000 rusun öldüyünü görürük. Ukrayna tərəfində böyük itkilər görürük. Ukraynalılar ölkələrini şiddətlə müdafiə edirlər, lakin müharibədə bir çox ukraynalı ölür”, – deyə o qeyd edib.

Ruttenin sözlərinə görə, müharibə bitməlidir və buna görə də o, ABŞ-ın sülh yolu ilə həll yoluna nail olmaq səylərini tam dəstəkləyir.

“Ətçəkən maşın”ı dayandırmalıyıq. Amma nəticədə tanqo üçün iki nəfər lazımdır. Buna görə də, tanqoda ruslar da lazımdır”, – NATO-nun baş katibi əlavə edib.

AzPost.az

Seçilən
28
azpost.info

1Mənbələr