AZ

NATO dan Ukraynaya böyük jest: Rutte surprizi açıqladı

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Brüsseldə keçiriləcək NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə Ukraynaya yeni hava müdafiə sistemlərinin verilməsi əsas mövzulardan biri olacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə NATO baş katibi Mark Rutte mətbuat konfransında bildirib.

“Nazirlər hava müdafiə sistemlərinin təmin olunması üzrə səyləri müzakirə edəcəklər. Ukraynaya bu raketləri və müdafiə vasitələrini vermək NATO üçün vacib prioritetdir. Bu, həm də ABŞ silahlarının Avropa ölkələri tərəfindən Ukraynaya alınması ilə bağlı təşəbbüs (PURL) baxımından mühüm məsələdir. Müzakirələr həm NATO ölkələri arasında, həm də ikitərəfli qaydada Ukrayna ilə aparılacaq,” — deyə Rutte vurğulayıb.

O əlavə edib ki, nazirlər əsas məqsədlərinin yeni təchizatlar barədə razılıq əldə etmək yox, gələcəkdə hansı əlavə addımlar atılacağını müzakirəyə çıxarmaq olduğunu bildiriblər.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
globalinfo.az

1Mənbələr