AZ

Əli Əsədovdan XİN kollegiyası barədə

Baş nazir Əli Əsədov Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) kollegiyasının üzvlərinin sayının və tərkibinin təsdiq edilməsi haqqında Qərar imzalayıb.Metbuat.az xəbər verir ki, Qərarla XİN-in kollegiyasının üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilir və aşağıdakı tərkibdə təsdiq edilir: Kollegiyanın sədriAzərbaycan Respublikasının xarici işlər naziriKollegiyanın üzvləri:Azərbaycan Respublikası xarici işlər nazirinin müavinləri"ADA" Universitetinin rektoruAzərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin rəisiAzərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kadrlar idarəsinin rəisiAzərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasında İdarəsinin rəisi.

Həmçinin, Qərarla "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 3 sentyabr tarixli 122 nömrəli Qərarı ləğv edilir.

Seçilən
59
8
metbuat.az

10Mənbələr