AZ

NATO nun baş katibi: Ukraynanın Alyansa üzvlüyü ilə... Çin Rusiyanın qəti tərəfdarı olaraq qalır və...

Mia.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

NATO-nun baş katibi Mark Rutte sabah Brüsseldəki keçiriləcək NATO Xarici İşlər Nazirlərinin sammiti ilə bağlı brifinq keçirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, iclasda kollektiv təhlükəsizliyə artan təhdidlərlı yanaşı, 2026-cı ilin iyul ayında Ankarada keçiriləcək NATO sammitindən əvvəl ortaq müdafiəni gücləndirmək üçün atılan addımları müzakirə edəcəklərini bildirib.

Rutte müttəfiqlərin 2025-ci ildə Haaqada keçirilən sammitdə müdafiə xərclərini artırmaq barədə verdiyi vədi xatırladaraq deyib: "Bu, yalnız uzun bir yolun başlanğıcıdır və biz arxayın olmamalıyıq".

Rutte ABŞ-ın Ukraynada sülhə nail olmaq səylərinə də toxunub: "Əminəm ki, bu davamlı səylər son nəticədə Avropada sülhü bərpa edəcək".

O, Rusiyanın Ukraynaya hücumlarının getdikcə daha qəddar hala gəldiyini qeyd edərək bildirib ki, sistematik olaraq mülki infrastrukturun vurulması qəbuledilmzədir: "Rusiya bu müharibədə tək deyil. Çin Rusiyanın qəti tərəfdarı olaraq qalır və Şimali Koreya da dəstək verir". 

Ukraynanın NATO üzvlüyünə gəldikdə isə Baş katib mövcud vəziyyətdə bütün müttəfiqlərin konsensusuna ehtiyac olduğunu deyib: "Hazırda, bildiyiniz kimi, Ukraynanın NATO üzvlüyü ilə bağlı konsensus yoxdur."

Zülfiyyə Mustafayeva

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
3
mia.az

4Mənbələr