Ukraynalıların yarıdan çoxu, təxminən 52,2 faizi hesab edir ki, Volodimir Zelenskinin yenidən prezidentliyə namizədliyini irəli sürməsini istəmir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu, Socis Sosial və Marketinq Tədqiqatları Mərkəzinin keçirdiyi sorğunun nəticəsində əksini tapıb. Ukraynalılar Zelenskinin prezidentlik müddətinin məhdudlaşdırılmalı olduğu qənaətindədirlər.
Sorğuda iştirak edən respondentlərin 42,8%-i isə Zelenskinin növbəti seçkilərdə iştirak etməli olduğunu düşünür.
Bundan əlavə, sorğunun nəticələrinə görə, ukraynalıların əksəriyyəti (60%) hesab edir ki, Zelenski Ukraynada siyasi böhrana səbəb olan yüksək profilli antikorrupsiya istintaqında iş adamı Timur Mindiç və digər müttəhimlərin cinayət sxemlərinə görə şəxsi məsuliyyət daşıyır.
Süleyman