AZ

Paşinyanın seçki siyahısı formalaşmağa başlayır - Kim gedir, kim qalır?  

Ermənistan parlamentinin deputatı Kristine Poqosyan qarşıdan gələn parlament seçkiləri üçün hakim "Vətəndaş Müqaviləsi" partiyasının seçki siyahısına daxil olmamağa qərar verib.

Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Poqosyanın sözlərinə görə,  siyasətdən kənara çəkilməsinə baxmayaraq, partiyanın üzvü olaraq qalacaq və seçim kampaniyasında komandasına dəstək göstərəcək.

"Seçkilərdə onlara kömək edəcəyəm. Əminəm ki, 'Vətəndaş Müqaviləsi' 2026-cı ildə qalib gələcək. Siyasətdən kənar da həyat var. Əgər özünü başqa yerdə görürsənsə, sakit şəkildə getməyi bacarmalısan. Mən Paşinyandan heç vaxt məyus olmamışam, komanda yoldaşlarımı sevirəm, o isə mənim böyük dostumdur", - Poqosyan deyib. O əlavə edib ki, seçki siyahısına daxil olmamaq qərarını Nikol Paşinyanla müzakirə etməyib və ona təzyiq göstərilməyib.

Qeyd edək ki, yeri media bu gün hakim partiyanın digər üzvü, parlamentin sədr müavini Akop Arşakyanın da gələn il keçiriləcək seçkilərdə namizəd olmayacağını xəbər edib. Arşakyan bunula bağlı jurnalistlərlə söhbətində qərarı özü verdiyini bildirib.

Digər tərəfdən, "Vətəndaş Müqaviləsi"nin proporsional siyahısına daxil edilən Qaqik Melkonyan, Babken Tunyan və Serqey Bağratyan partiyanın rəsmi üzvü olublar. Məlumata görə, "Vətəndaş Müqaviləsi"nin seçki siyahısına düşmək üçün üzvlər 500 min dram, üzv olmayanlar isə 1,5 milyon dram ödəməlidirlər. Bunun, adıçəkilən şəxslərin partiyaya üzv olma qərarında rol oynaması istisna edilmir.

Beləliklə, Ermənistanda hakim partiyanın seçki siyahısı formalaşmağa başlayır və bəzi deputatların geri çəkilməsi fonunda yeni adların siyahıya daxil olması prosesi aktiv şəkildə davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
olaylar.az

1Mənbələr