Yoldan çıxan maşın aşıb.
Xezerxeber.az xəbər verir ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi Masallı rayonunun Həsənli kəndi ərazisində baş verib.
Kənd sakini 35 yaşlı Fərmudə Hüseynovanın idarə etdiyi avtomobil kənd ərazisində hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.
Xəstəxanaya çatdırılan qadınlardan biri 64 yaşlı Sevda Vəlişova həkimlərin səylərinə baxmayaraq xəstəxanada dünyasını dəyişib. Qalan 3 yaralıya bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub.
Yol nəqliyyat hadisəsi ilə bağlı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
Avtomobildə olan qadınlar yeni ailə həyatı quran yaxın qohumlarının evində keçirilən məclisə gedirmişlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.