AZ

Marketlərdə satılan polietilen torbaların qiyməti niyə artıb?VİDEO

Əvvəlcə pulsuz, daha sonra 3, indi isə 5 qəpik...

Marketlərdə satılan polietilen torbaların qiyməti artıb.  Belə ki daha əvvəl kiçik ölçülü torbalar 3 qəpik idisə, indi 5 qəpik, böyükölçülü torbalar 5 qəpik idisə indi 7 qəpiyə təklif olunur. Yəni, torbaların 2 qəpiyə qədər bahalaşşb.

Göstərilən qəbzlər bir neçə böyük marketlər şəbəkəsinə aiddir. Bu qəbzlərdə də kiçik torbalar 5, böyük torbalar isə 7 qəpik qeyd edilib.

Vətəndaşlar bildirirlər ki, qiymət artımı 2 gün əvvəldən başlayıb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirir ki, qiymət artımı ilə yanaşı torbaların keyfiyyəti də aşağı düşüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
10
3
xezerxeber.az

10Mənbələr