Vaşinqton, 2 dekabr, AZƏRTAC
ABŞ-da kütləvi qətllərin sayı statistikanın aparıldığı 2006-cı ildən bu yana ən aşağı səviyyəyə düşüb. AZƏRTAC-ın “Axios”a istinadən verdiyi məlumata görə, 2025-ci ildə baş verən kütləvi qətllərin sayı 17-dir. Ən yüksək rəqəm 2019-cu ildə qeydə alınıb. Həmin il kütləvi qətllərin sayı 46 olub.
Ötən il rəqəm 40-a yaxın olub və bu il yarıdan çox azalıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton