AZ

Nikol Paşinyan rəhbəri olduğu hakim partiyanın “əxlaq kodeksi”ni hazırlayıb

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” Partiyasının üzvləri artıq təhqirlərə təhqirlə cavab verməyəcəklər.

Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən elan edilən yeni etik kodeksi onlara bu cür məhdudiyyətlər qoyur.
Paşinyanın sözlərinə görə, kodeksin tətbiqi “Vətəndaş müqaviləsi” üzvləri üçün “yeni davranış standartları”nı təqdim edir. Artıq onlara təhqirlərə təhqirlə cavab vermək, eləcə də ədəbsiz ifadələrə oxşar şəkildə cavab vermək qadağan edilir.

Ermənistanın baş naziri partiya üzvlərinin təhqirlə cavab verməkdən imtina etməsini zəiflik və ya hətta qorxaqlıq kimi qəbul etməməyə çağırıb. Paşinyan vurğulayıb ki, bu cür təmkin yalnız etik kodeksinə riayət etmək deməkdir: “İctimai siyasi həyatımız qarşılıqlı hörmət, nəzakət, şəffaflıq və hesabatlılığa əsaslanaraq getdikcə daha faktiki və əsaslandırılmış olmalıdır.”, – Nikol Paşinyan vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
109
editor.az

1Mənbələr