AZ

“Ümid edirəm ki, “Neftçi” çempionata daha ciddi yanaşacaq” – Sənan Qurbanov kubokda dayanandan sonra

“Neftçi” Bizon Azərbaycan Kubokunun 1/8 finalında “Zirə”yə məğlub oldu - 0:1.

“Football-plus.az” xəbər verir ki, “Neftçi”nin məşqçisi Sənan Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb.

- “Zirə”ni təhlil etmişdik. Məşq etməyə vaxtımız olmadı. Tovuz səfərindən sonra bir məşq etmişdik. Pis oynamadıq. Uşaqlar döyüşdü, vuruşdu. Çox üzücü oldu. Azarkeşlərdən üzr isrəyirəm.

- Rezabalanın meydanan çıxması üçün komanda qol buraxmalıydı? Bir də ki bu iki oyunda nəyi dəyişə bildiz?
- Oyun elə tərzdə gedirdi ki, dəyişiklik etmək çətin idi. Ortadakı oyunçular yaxşı oynayırdı. Qısa vaxtda düşünmürəm ki, nəyisə qlobal dəyişmək olardı.

- Ötən tur da, bu dəfə də göründü ki, Sambu cinahda uğurlu deyil. Niyə belə qərar verdiz?
- “Zirə” cinahlardan daha təhlükəli idi. Sambu işgüzar futbolçudu.

- Sizcə, uğursuzluğun səbəbi nədi?
- “Neftçi”nin işçisiyəm. Amma komanda yığılanda komandada deyildim.

- Varqasa deyilib ki, futbol komanda oyunudu.
- Əlbəttə, deyirik. Düzdü, top itkisindən sonra qol buraxdıq. Çempionata köklənməkdən başqa yol yoxdu. Ümid edirəm ki, “Neftçi” çempionata daha ciddi yanaşacaq.

- Komandada sanki özgüvən itib…
- Qeyri-sabitlik var. Tovuzda pis təsir bağışlamadıq. Bu gün də pis oynamadıq. Psixoloji vəziyyətimiz yerindədi. Bir qələbə komandaya pozitiv təsir edəcək.

- Faraj niyə start heyətində meydana çıxır?
- Potensialına inanırıq. Driblinqi sevirik. Rəqabətdə qalib gəldiyi üçün “11-lik”də çıxır.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
18
2
football-plus.az

3Mənbələr