AZ

Putin Uitkoff danışıqları üç saatdan çoxdur ki, davam edir VİDEO YENİLƏNİB

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş üç saatdan çoxdur ki, davam edir.

APA-nın Moskva bürosu xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov danışıqların konkret müddətinin olmadığını, lazım olduğu qədər davam edəcəyini söyləyib.

Qeyd edək ki, Kremldə keçirilən görüşdə ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner də iştirak edir.

Rusiya tərəfdən isə prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov və prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyev iştirak edirlər.

20:45

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cerad Kuşnerlə görüşü başlayıb.

APA-nın Moskva bürosu xəbər verir ki, görüş Kremldə keçirilir.

Görüşdə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov və prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyev iştirak edir.

Kreml görüşün protokol hissəsi və Uitkoffun çıxışının kiçik bir hissəsindən görüntülər yayıb.

https://t.me/apa_az/109839

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
71
2
apa.az

10Mənbələr