AZ

“Qanunvericiliyə görə, restoran əvvəlcədən elan olunmamış hər hansı bir xidmət haqqını müştəridən tələb edə bilməz”

ain.az bildirir, Bizimyol portalına istinadən.

Türkiyədə restoran və kafelərdə məcburi servis haqları qadağan edilir. Ticarət Nazirliyi yeni qaydalara əsasən müəssisələrin menyuda əvvəlcədən göstərilməyən xidmət, süfrə və digər əlavə ödənişləri tələb etməsinə icazə verməyəcək. Müştəri yalnız menyuda olan qiymətə əsasən ödəniş edəcək. “Çay pulu” kimi könüllü ödənişlər isə istisnadır. Bu dəyişiklik restoranlar arasında rəqabəti artırmaq və müştəri hüquqlarını qorumaq məqsədi daşıyır.

Tənzimləmə dəyişikliyi ilə restoranlar, kafelər, şirniyyat evləri və bu kimi qida və içki xidməti müəssisələri artıq öz menyularına xidmət, süfrə rüsumları və ya hər hansı digər ödənişləri qeyd edə bilməyəcək. Bu da o deməkdir ki, istehlakçılar yalnız istehlak etdikləri qida və içkilərin pulunu ödəyəcəklər.

Azərbaycanda restoranlarda xidmət haqqı ləğv edilməlidirmi?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına vəkil Əkrəm Həsənov bildirib ki, kimsə əlavə xidmət haqqı istəyərsə, mən ödəməyə bilərəm, çünki mən ancaq yemək sifariş vermişəm.

Əkrəm Həsənov

“Prinsip etibarilə Azərbaycanda da qanunvericiliyə görə, restoran əvvəlcədən elan olunmamış hər hansı bir xidmət haqqını menyuda göstərməyibsə, onu müştəridən tələb edə bilməz. Yəni mən restorana gəlmişəm, menyu təqdim olunub, mən də oradan sifariş vermişəm. Əgər menyuda açıq şəkildə qeyd olunubsa ki, bu yeməyə əlavə olaraq xidmət haqqı da ödənilməlidir, deməli, sifariş verməklə mən buna razılıq vermiş oluram. Lakin axırda gəlib əlavə xidmət haqqı istəyərlərsə, mən ödəməyə bilərəm, çünki mən ancaq yemək sifariş vermişəm. Kimsə bunu tələb etmirsə, bu onun öz şəxsi işidir, amma hüquqi baxımdan, bizdə də bu məsələ qanunla tənzimlənir”-deyə Əkrəm Həsənov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
60
icma.az

1Mənbələr