AZ

Xəzər sahilində ölü suitilər aşkar edilib

Xəzər dənizinin sahilində 320-dən çox suiti cəsədi tapılıb.

"Ölkə.az" xəbər verir ki, Sulak çayının mənsəbindən Terek çayına qədər 322 suiti cəsədi aşkar edilib.

Ölü heyvanların sayının arta biləcəyi ehtimal edilir.

Bundan əvvəl Dağıstan Təbii Sərvətlər Nazirliyinin teleqram kanalı xəbər verib ki, nazirliyə suitilərin ölümü ilə bağlı xəbərlər daxil olmağa başlayıb. Nazirlik qeyd edib ki, mütəxəssislər sahil zolağında yerində araşdırmaya başlayıblar.

Nazirlik əlavə edib ki, Xəzər suitilərinin tələfi hər il məməlilərin miqrasiya dövründə baş verir. Alimlər hesab edirlər ki, bu hadisənin əsas səbəbi seysmik aktivliklə bağlı olan dəniz dibindən təbii qazın ayrıldığı ərazilərdən keçərkən heyvanların boğulmasıdır.

Xəzər suitisi və ya nerpası Xəzər dənizində yaşayan yeganə məməli heyvandır. 2008-ci ildə Beynəlxalq Təbiəti Mühafizə Birliyi onu təhlükə altında olan heyvanlar siyahısına daxil edib.

Qeyd edək ki, noyabrın əvvəlində Xəzərin Qazaxıstan sahillərində 200-ə yaxın Xəzər suitisinin cəsədi aşkar edilib.

Seçilən
20
12
olke.az

10Mənbələr