AZ

Tramp somalili miqrantları “zibil” adlandırdı

BAKI, 3 dekabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Minnesotada yaşayan somalili miqrantları açıq şəkildə təhqir edib və onların ölkədən çıxarılmalı olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" yazır.

Nazirlər Kabinetinin iclasında çıxış edən Tramp somalililəri “zibil” adlandırıb və onların ABŞ-yə heç bir töhfə vermədiyini deyubş

O, həmçinin Somali əsilli konqres üzvü, ABŞ vətəndaşı olan İlhan Omarı da təhqir edib.

Qəzetinin məlumatına görə, bu həftə Minnesota ştatının Minneapolis-Sent-Pol bölgəsində somalililərə qarşı deportasiya tədbirləri gücləndiriləcək. Xüsusən ölkəni tərk etmələri barədə yekun məhkəmə qərarı olan şəxslərin hədəf alınacağı bildirilir.

Qeyd olunur ki, ABŞ-də ən böyük somali icması məhz Minnesotada yaşayır. Ştatda təxminən 80 min somalili var və onların əksəriyyəti ABŞ vətəndaşı və ya qanuni rezidentdir. Şəhər rəhbərliyi xəbərdarlıq edir ki, bu cür tədbirlər ABŞ vətəndaşı olan somalililərin də əsassız saxlanılmasına gətirib çıxara bilər.

Seçilən
112
teleqraf.com

1Mənbələr