AZ

Bakıda Beynəlxalq Əlillər Gününə həsr olunmuş inklüziv konsert keçirilib (FOTO)

Bakı. Trend:

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı TeatrındaBeynəlxalq Əlillər Gününə həsr olunmuş “Maneələri aşanlar” adlıinklüziv konsert keçirilib.

Trend xəbər verirki, tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, “ÜmidVar” İnklüziv Yaradıcılıq Birliyinin və “Uşaqların xoşbəxtgələcəyi” İctimai Birliyinin dəstəyi ilə təşkil olunub.

Proqram çərçivəsində qonaqlar sağlamlıq imkanları məhdudinsanların əl işlərinin təqdim olunduğu xüsusi sərgi ilə tanışolublar.

Daha sonra tamaşaçılara xüsusi qayğıya ehtiyacı olan uşaqlarıniştirakı ilə hazırlanmış konsert proqramı təqdim edilib.

Səhnədə “Avroviziya” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov,Çinarə İsmiyeva və görmə məhdudiyyətli ifaçı Rəvanə Ağamirova birgəduetlə çıxış ediblər.

Proqramda, həmçinin muğam ifaçısı, autizmli vokalist RamizAğayevin təqdimatında “Bayatı-Şiraz” muğamı səsləndirilib.

Dirijor Nəsibə Cəfərovanın rəhbərliyi ilə inklüziv heyətdə“Cəngi” xalq çalğı alətləri orkestrinin və “Səma” rəqs ansamblınınifasında kompozisiyalar təqdim olunub.

Gecənin kulminasiya anı şairə Nigar Həsənzadənin poetikkompozisiyası olub. Əsər autizmli pianoçu Ayxan Quluzadəninmüşayiəti ilə təqdim edilib və jest dilinə tərcümə ilə müşayiətolunub.

Qeyd edək ki, tədbir çərçivəsində modelyer Ayten Osmanovanınsağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi hazırladığı “Özəlşəxslər” adlı kolleksiya da nümayiş olunub. Kəlağayı motivləriəsasında hazırlanan bu unikal kolleksiya səhnədə sağlamlıqimkanları məhdud 18 iştirakçı tərəfindən nümayiş etdirilib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxış edərək uşaqlarıntəqdimatından aldıqları təəssüratı bölüşüb. O, bildirib ki, bu günonlar səhhətindəki məhdudiyyətlərə baxmayaraq, çox yüksək səviyyəgöstərdilər. Bu isə həm onların istedadının, həm də onlaragöstərilən qayğının bariz nümunəsidir.

Deputat xüsusi qayğıya ehtiyacı olan uşaqlarla çalışan müəllimvə mütəxəssislərə, eləcə də bu prosesdə fəal iştirak edən, gəncləriətrafında birləşdirən şəxslərə təşəkkürünü bildirib. Qeyd edib ki,tədbirin “Maneələri aşanlar” adı dərin rəmzi məna daşıyır, çünkibugünkü çıxışlar sevgi, diqqət və dəstəyin istənilən çətinliyi aşabildiyini canlı şəkildə nümayiş etdirdi.

Tədbir Azərbaycanın ilk inklüziv himnlərindən biri olan “Özəlşəxslər” kompozisiyasının ifası ilə başa çatıb. Əsəri inklüziv uşaqxoru təqdim edib.

Qeyd edək ki, konsertin əsas məqsədi mədəniyyətin birləşdiricigücü vasitəsilə fərqli xüsusiyyət və imkanlara malik insanlarıncəmiyyətin tamhüquqlu üzvü olduğunu nümayiş etdirmək,stereotiplərin qırılmasına və inklüziv mədəniyyətin dəyərləriningələcək nəsillərə ötürülməsinə töhfə verməkdir.

Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Seçilən
28
3
az.trend.az

4Mənbələr