AZ

Kişmiş və qayısı deyil ən güclü enerji mənbəyi xurmadır

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

Quru meyvələr arasında sağlamlıq baxımından ən çox diqqət çəkən məhsullardan biri də xurmadır. Uzmanlar bildirirlər ki, xurma tərkibindəki zəngin vitamin və minerallara görə kişmiş, qayısı və əncir kimi digər quru meyvələri bir çox üstünlüklərinə görə geridə qoyur.

Milli.Az xəbər verir ki, xurma kalium, maqnezium, dəmir və B qrupu vitaminləri ilə zəngin olduğundan immuniteti gücləndirir, enerji verir və həzmi asanlaşdırır. Eyni zamanda, ürək-damar sisteminin düzgün fəaliyyətinə təkan verir, əzələ funksiyalarını dəstəkləyir və qan dövranını balanslaşdırır.

Yüksək lif tərkibi sayəsində uzun müddət toxluq hissi yaradan xurma xüsusilə gərgin iş rejimində olan şəxslər üçün ideal qida hesab olunur. Mütəxəssislər gündə 2-3 ədəd xurmanın həm qan şəkərini tənzimləmək, həm də sağlam enerji təmin etmək üçün kifayət etdiyini vurğulayır.

Tərkibindəki güclü antioksidantlar bədəni sərbəst radikalların təsirindən qoruyur, qış fəsli üçün xarakterik olan soyuqdəymə və qripə qarşı müqaviməti artırır.

Qeyd olunur ki, xurmanın kalori dəyəri yüksək olduğundan onun çox miqdarda qəbulu məsləhət görülmür. Gündə 2-3 xurma optimal sayılır.

Kənan

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
1
news.milli.az

2Mənbələr