AZ

Peskov: Yeni il ərəfəsində müharibə zonasında atəşkəs müzakirə olunmur...

Kremldən müvəqqəti bayram atəşkəsi ilə bağlı açıqlama verilib...

Poliqon xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov hazırda xüsusi hərbi əməliyyat zonasındakı mövcud vəziyyətlə əlaqədar yeni il tətili üçün hər hansı müvəqqəti atəşkəs məsələsinin gündəmdə olmadığını bildirib.

Peskov “RIA Novosti” Agentliyinə açıqlamasında bu mövzuda danışıqların aparılmadığını deyib: “Hələ ki, bu barədə söhbət olmayıb, tamamilə başqa proses gedir”.

Kremlin nümayəndəsi həmin “başqa prosesin” detalları barədə isə əlavə məlumat verməyib.

Xatırladılıb ki, 2024-cü ilin əvvəlində Moskva və Bütün Rusiyanın Patriarxı Kirill pravoslav möminlərin Milad ayinlərinə maneəsiz qatılması üçün atəşkəs təklif etmişdi. 

Peskovun bu bəyanatı həm Moskva–Vaşinqton kanallarında aparılan intensiv danışıqlar fonunda, həm də Ukraina cəbhəsində döyüş aktivliyinin yüksək olduğu bir vaxtda səslənib. Kremlin sözçüsü qeyd edib ki, mövcud dinamika fonunda atəşkəs müzakirələri gündəlikdə deyil.

Poliqon.info

Seçilən
43
poliqon.info

1Mənbələr