AZ

Almaniya Prezidentinin Böyük Britaniyaya 27 ildən sonra ilk dövlət səfəri başlayır

Bakı. Trend:

Bu gün Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və xanımıElke Büdenbenderin Kral III Çarlzın dəvəti ilə Böyük Britaniyayadövlət səfəri başlanır.

Trend xəbər verirki, bu, son 27 ildə Almaniya Prezidentinin Birləşmiş Krallığa ilkdövlət səfəridir.

Dekabrın 5-dək davam edəcək səfər çərçivəsində Prezident cütlüyüVindzor sarayında Kral III Çarlz və Kraliça Kamilla tərəfindənrəsmi şəkildə qarşılanacaq. Günün ikinci yarısında Ştaynmayerin Başnazir Kir Starmer ilə görüşü planlaşdırılır. Səfərin ilk günüVindzor sarayında təşkil olunacaq dövlət ziyafəti iləyekunlaşacaq.

Səfərin ikinci günündə Prezident və xanımı Kraliça II Elizabetinməzarını ziyarət edəcək, vətəndaş cəmiyyəti fəalları vəkönüllülərlə görüşəcək, həmçinin Britaniya parlamentində çıxışedəcəklər.

Sonuncu gün Ştaynmayer Koventri şəhərinə səfər edəcək. BuradaKoventri katedralı ilə tanışlıq, alman və britaniyalı hərbçilərləgörüş, eləcə də “Siemens Healthineers” şirkətinə başçəkməplanlaşdırılır. Səfər Prezidentə Oksford Universitetinin fəxridoktoru adının təqdim olunması mərasimi ilə başa çatacaq.

Seçilən
61
az.trend.az

1Mənbələr