AZ

Napoleon boyu təsvir edildiyi qədər qısa deyilmiş Tarixçilər məşhur mifi təkzib ediblər

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Napoleon Bonapartın “alçaqboy” olması ilə bağlı illərlə dolaşan hekayə uğurlu təbliğat nümunəsi kimi göstərilirdi.

Bizimyol.info xəbər verir ki, "Mental Floss"un xəbərinə görə, bu mif hələ Fransa liderinin sağlığında yaranmışdı və əsasən britaniyalı karikaturaçıların səyləri nəticəsində formalaşmışdı. Onlar Napoleonu qəsdən gülünc dərəcədə balaca təsvir edir, beləliklə onun haqqında yanlış təsəvvür yaradırdılar.

Əslində isə imperatorun ölümündən sonra qeydə alınan tibbi məlumatlar onun təxminən 170 santimetr boyunda olduğunu göstərir. Tabutuna əlavə olunan tibbi qeyddə həkim boyunu “5 fut 2 düym” kimi qeyd etmişdi. Lakin bu, fransız ölçü sisteminə aid idi və ingilis ölçüləri ilə qarışdırıldığından yanlış anlaşılmışdı. Fransız sistemində həmin göstərici 157 sm deyil, təxminən 170 sm-ə uyğun gəlir.

Müqayisə üçün qeyd edək ki, XVIII əsrdə fransız kişilərinin orta boyu 165 santimetri bir qədər ötürdü, buna görə də Napoleon öz dövrü üçün tamamilə normal boya malik idi. Bu faktı John Komlos və Francesco Chinnirella tərəfindən 2005-ci ildə aparılan araşdırma da təsdiqləyib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
icma.az

1Mənbələr