ain.az, GlobalInfo portalına istinadən məlumat verir.
Rusiyanın Blaqoveşensk şəhərində dekabrın 4-dən maska tətbiq ediləcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “Amur Mash” Telegram kanalı məlumat yayıb.
“Sabahdan başlayaraq iki həftə ərzində tədbirlər də ləğv olunacaq.. Bu, kəskin respirator virus infeksiyaları və digər infeksiyaların artması ilə əlaqədardır”, – bildirilib.
Qeyd olunub ki, insanlar yalnız maska taxaraq şəhər müəssisə və təşkilatlarına buraxılacaq.
Bundan əvvəl Kuzbassda 2000-ə yaxın uşağın kəskin respirator virus infeksiyaları səbəbindən distant təhsilə keçirildiyi deyilmişdi. Leninsk-Kuznetski və Yurqada üç uşaq bağçası da fəaliyyətini dayandırıb.
Həmçinin Novokuznetsk, Prokopyevsk, Tayqa, eləcə də Leninsk-Kuznetski, Promışlennovski, Yayski və Yaşkinski bələdiyyə rayonlarında 19 uşaq bağçasında 23 qrup fəaliyyətini müvəqqəti dayandırıb.
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.