AZ

Qızını xilas etmək istəyən ata kanalda boğularaq öldü

Bərdə rayonunda özünü kanala atan psixi problemli qızını xilas etmək istəyən şəxs boğularaq ölüb.

Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Nazırlı kəndində baş verib.

Bildirilib ki, uzun illərdir psixi problemləri olan kənd sakini, 1981-ci il təvəllüdlü Kərimova Sərəncam Yasin qızı özünü kəndin mərkəzindən keçən kanala atıb. Bunu görən atası, 1957-ci il təvəllüdlü Kərimov Yasin Əvəz oğlu qızını kanaldan çıxarmağa çalışsa da, özü suda boğularaq ölüb. S.Kərimova isə kənd sakinləri və polis əməkdaşları tərəfindən xilas edilərək sudan çıxarılıb.

Seçilən
11
11
publika.az

10Mənbələr