AZ

“Bu, Laləyə “ultimatum” idi, sənətə yamsılamaqla gəlmək…” - VİDEO

Əməkdar artist Elton Hüseynəliyev həmkarı Lalə Məmmədova haqda səsləndirdiyi qalmaqallı fikirlərə aydınlıq gətirib.

Sənətçi “Öz aramızda” verilişində həmkarının mahnılarını sevdiyini, amma ona ərkyana “ultimatum” göndərdiyini bildirib:

“Lalə xanıma qulaq asmağı xoşlayıram. Radioda onun mahnısı səslənəndə çevirmirəm. Onun ifasında Vüqar Camalzadənin yazdığı “Səs” mahnısı ürəyimə yağ kimi yayılır. “Məktəb illəri”ni də gözəl oxuyub. Sadəcə olaraq çox mahnı oxuyur.

Xalq artisti Flora Kərimovanın 500 mahnısının 100-ü baldır, 400-nün isə dəxli yoxdu, hamıdan oxuyub. Şövkət Ələkbərova isə 100 mahnı oxuyubsa, hamısı baldır. Çox mahnı oxumaq da bir şey deyil. Natavan Həbibi özüdür, Lalə Məmmədova isə Brilliant Dadaşovadır. Sənətə başlayanda yamsılamaqla başlayırsan. Mən Xalq artistləri Eyyub Yaqubovu, Hacıbaba Hüseynovu yamsılamışam. Bu normal haldır, indi özümü tapmışamsa bu, deməli, buna can atmışam.

2004-cü ildə radioda Ayaz Qasımov, Nurlan Növrəsli, Elton oxuyurdu, hamı bir-birinə bənzəyirdi, seçmək olmurdu. Fikrimi konkretləşdirim, bu, həm də Laləyə ərkyana ultimatum idi ki, səndə potensial var. Bu gün Lalə Məmmədova özüdür. Amma seçim etsək, Natavanı seçərəm”.  (Axşam.az)

Seçilən
6
6
moderator.az

5Mənbələr