AZ

Zəngilan şəhərinin su-kanalizasiya infrastrukturu qurulacaq - 6,3 milyon manatlıq LAYİHƏ

Bakı. Trend:

Zəngilan şəhərlərinin su-kanalizasiya infrastrukturununqurulması üzrə işlərə başlanılır.

Trend-indövlət satınalmalarının vahid internet portalına istinadənməlumatına görə, görüləcək işlər çərçivəsində şəhərin magistral suxətlərinin, tullantı, yağış kollektorlarının və qurğularınıntikintisinin layihə-smeta sənədlərinin hazırlanması və tikintininhəyata keçirilməsi çərçivəsində layihənin texniki şərtlərinintəsdiqi, qəbul-təhvil prosedurları aparılacaq.

Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinintabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununlabağlı müvafiq işləri yekunlaşdırıb.

Qurum sözügedən işlərin icrasını “Körpü-Bina-Tikinti” MəhdudMəsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqaviləbağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 6,314 milyon manat ödənilib.

Qeyd edək ki, işlərin həvalə olunduğu MMC 2007-ci ildə dövlətqeydiyyatına alınıb. Nizamnamə kapitalı 300 000 manat olan şirkətinqanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğludur.

Məqalədə:
Seçilən
53
3
az.trend.az

4Mənbələr