AZ

Cinayətdə şübhəli bilinən 26 nəfər saxlanıldı



Dekabrın 2-də ölkə ərazisində qeydə alınan 24, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 282, o cümlədən borclu şəxs qismində axtarışda olan 257 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.

aia.az



Seçilən
56
49
aia.az

10Mənbələr