AZ

ASAN Süni İntellektin təqdimat mərasimi

Xalq qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılan ASAN Süni İntellekt platformasının (ASAN AI Hub) təqdimetmə mərasimi keçirilib.

Mərasimdə çıxış edən Agentliyin sədri Ülvi Mehdiyev platformanın ölkənin süni intellekt ekosistemi üçün əhəmiyyətini vurğulayıb.

Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov ASAN AI Hub-ın rəqəmsal transformasiya, iqtisadi inkişaf və elmi potensialın gücləndirilməsi baxımından önəmini qeyd ediblər.

14 milyonluq bir icmaya sahib olan, hər kəs üçün əlçatan öyrənmə, tətbiq və böyümə imkanları təqdim edən qlobal süni intellekt platforması “GenAI Works”un baş direktoru və həmtəsisçisi Steve Nouri isə “Günümüzdə generativ süni intellekt-2025” mövzusunda çıxış edərək qlobal trendlər, texnoloji inkişaf və süni intellektin tətbiq imkanları haqqında məlumat verib.

Tədbir çərçivəsində ASAN AI Hub ilə “Apolitical”, “Breakthrough Social Enterprise” və “GenAI Works” arasında anlaşma memorandumları imzalanıb. Həmin əməkdaşlıqlar mərkəzin beynəlxalq innovasiya ekosisteminə inteqrasiyasını gücləndirəcək.

Sonra “Süni intellektdə açıq innovasiya: Hər kəs üçün körpü” adlı panel müzakirəsi keçirilib.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
10
xalqqazeti.az

10Mənbələr