AZ

Məşhur aparıcı “Metropoliten”dəki işindən buna görə ayrılıb

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“Bakı Metropoliteni”nin mətbuat katibi təyin olunan tanınmış teleaparıcı Nərmin Salmanova işindən ayrılıb.

Globalinfo.az xəbər verir ki, aparıcı bu haqda o, sosial şəbəkə hesabında paylaşım edib:

“Artıq bir müddətdir “Bakı Metropoliteni” ilə bağlı mənə suallar ünvanlanır. Bildirmək istərdim ki, televiziyadakı fəaliyyətimdən ayrılmağım metropolitenin təklifi fonunda, bu sahədə özümü sınamaq istəyi ilə bağlı oldu”.

Nərmin Salmanova bildirib ki, “Bakı Metropoliten” ilə danışıqlar aparsaq da, əməkdaşlıq üçün ilkin mərhələdə razılaşdırılan əməkhaqqı şərtləri ona qane etməyib:

““Bakı Metropoliten” ilə danışıqlar aparsaq da, əməkdaşlıq üçün ilkin mərhələdə razılaşdırdığımız əməkhaqqı şərtlərində dəyişiklik edildi – müqavilədə razılaşdırdığımız məbləğdən fərqli məbləğ göstərildi və buna görə əməkdaşlıq baş tutmadı. Beləliklə, orada çalışdığım barədə yayılan məlumat düzgün deyil. Hazırda müəyyən fasilədən sonra peşəkar planlarımı dəyərləndirirəm”.

Qeyd edək ki, Nərmin Salmanova CBC Sport və İTV kanallarında aparıcı olub.

Zaira Akifqızı

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
6
globalinfo.az

7Mənbələr