Zaxarovanın sözlərinə görə, əvvəllər yayılan informasiya hücumları danışıqlara təsir etmədiyi üçün Qərb bu dəfə hədə-qorxu taktikasına keçib. Draqone "Financial Times"a müsahibəsində Rusiyanın NATO-ya qarşı mümkün addımlarını əsas gətirərək "preventiv zərbə" variantının nəzərdən keçirilə biləcəyini, bunu "müdafiə tədbiri" kimi qiymətləndirdiyini deyib.
Zaxarova "Sputnik" radiosuna açıqlamasında vurğulayıb ki, bu bəyanatlar məhz Ukrayna üzrə diplomatik səylərin aktivləşdiyi bir dövrdə səslənib. O, bundan əvvəl Rusiyaya qarşı yönəlmiş məqalələr silsiləsinin yayımlandığını, lakin bunun gözlənilən nəticəni vermədiyini bildirib.
Onun fikrincə, danışıqlar davam etdiyi üçün Qərbdəki "liberal ultralar" daha sərt təhdidlərə keçərək əldə olunmuş razılaşmaları pozmağa çalışırlar.