AZ

“Sabah” “İmişli”yə, “Qarabağ” “Karvan”a qarşı

Bu gün Azərbaycan kubokunda 1/8 finalın növbəti oyunları keçiriləcək.

"Cebheinfo.az" xəbər verir ki, bu gün daha 3 oyun baş tutacaq.

Öncə “Şamaxı” “Baku Sportinq”i, “İmişli” “Sabah”ı qəbul edəcək. Günün son oyununda isə “Qarabağ” “Karvan”ı sınağa çəkəcək.

Xatırladaq ki, daha öncə keçirilmiş oyunlarda “Turan Tovuz” “Şahdağ Qusar”ı (2:1), “Zirə” “Neftçi”ni (1:0) mübarizədən kənarlaşdırıb. Qalan 3 oyun sabah keçiriləcək.

"Cebheinfo.az"

Seçilən
4
2
cebheinfo.az

3Mənbələr