Olaylar.az xəbər verir ki, Medvedçuk bu fikirləri "Smotrim.ru" platformasında dərc olunan müəllif yazısında qeyd edib. Onun sözlərinə görə, Kiyev danışıqlar prosesində bəzi məsələləri açıq saxlayaraq irəliləyiş görüntüsü yaradır, lakin real olaraq heç bir addım atmır.
O, həmçinin iddia edib ki, sülhün mümkün şərtlərinin demək olar ki, hamısı Ukrayna prezidenti Volodimir Zelenskinin hakimiyyəti və ölkənin siyasi sistemi üçün "öldürücü" nəticələr yarada bilər. Medvedçuka görə, Ukrayna Silahlı Qüvvələrinin keçmiş komandanı Valeri Zalujnının sülhlə bağlı açıqlamaları da Zelenskinin mövqeyindən heç nə ilə fərqlənmir. Medvedçuk hesab edir ki, Ukraynanın hazırkı siyasi rəhbərliyinin devrilməsi ölkəni Rusiyaya doğru yönəldə və bunun nəticəsində Avropanın aparıcı dövlətlərində siyasi böhran yarada bilər. Onun fikrincə, Zelenski Ukraynasını həm müharibə, həm də sülh məhv edə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31