AZ

Aparıcının yeni işi baş tutmayıbmış - Müqavilə imzalayan anda...

Bir müddət əvvəl Bakı Metropolitenində işə başlayacağını elan edən aparıcı hazırda işsiz olduğunu elan edib.

Milli.Az xəbər verir ki, aparıcı Nərmin Salmanova əməkdaşlığın baş tutmadığını bildirib.

O, sosial şəbəkədə paylaşdığı açıqlamasında qeyd edib ki, metropolitenlə əməkdaşlıq təklifi əsasında danışıqlar aparılıb və ilkin razılıq əldə olunub. Lakin işə çıxıb əmək müqaviləsini imzalamaq istədiyi gün bəzi vacib şərtlərin dəyişməsi səbəbindən əməkdaşlıq baş tutmayıb.

O hazırda müəyyən fasilədən sonra peşəkar planlarını dəyərləndirdiyini vurğulayıb.

Milli.Az

Seçilən
4
milli.az

1Mənbələr