AZ

NATO-da Rusiyaya hücumun anonsu verildi - Zaxarovadan reaksiya

BAKI, 3 dekabr. TELEQRAF

NATO Hərbi Komitəsinin sədri Cüzeppe Kavo Draqonenin Rusiyaya qarşı bəyanatı Ukrayna münaqişəsinin tənzimlənməsi üzrə təmasların aktivləşməsi fonunda səsləndirilib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Diplomat hesab edir ki, bu cür açıqlamalar Rusiya-Ukrayna müharibəsinin dayandırılması üzrə danışıqları pozmağa hesablanıb.

“Bəllidir ki, bütün bunlar danışıqlar tendensiyalarını pozmaq elementləri kimi istifadə olunur. Daha bir amil Qərbi Avropada isteriya və militarist həyəcanın qızışdırılmasıdır, onlar hərbi büdcələri artırırlar, militarizm naminə öz bizneslərini məhv edirlər və sair”, - Mariya Zaxarova əlavə edib.

Xatırladaq ki, Cüzeppe Kavo Draqone bundan əvvəl “Financial Times” qəzetinə müsahibədə Rusiyaya preventiv zərbələrin endirilməsi imkanlarından danışmışdı.

Seçilən
25
teleqraf.com

1Mənbələr