Bakı. Trend:
Türk Dövlətləri Təşkilatı təkcə əməkdaşlıq məkanı deyil, həm dəmühüm geosiyasi təsir mərkəzinə çevrilir. Təşkilatın beynəlxalqnüfuzunun artması bizi sevindirir. Artıq tariximiz, etnikbağlarımız və milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimibirləşdirir.
Trend xəbərverir ki, bunu bu gün Azərbaycan Respublikasının Ekologiya və təbiisərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov Türk DövlətləriTəşkilatına (TDT) üzv ölkələrin xəritəçilik qurumları rəhbərlərininikinci iclasında çıxışı zamanı deyib.
Nazirin birinci müavini bildirib ki, oktyabrın əvvəlində,Azərbaycanın qədim şəhəri olan Qəbələdə Türk DövlətləriTəşkilatının Dövlət Başçıları Şurasının 12-ci zirvə görüşününkeçirilməsi və qəbul edilən mühüm qərarlar bunun bariznümunəsidir:
“Zirvə görüşü çərçivəsində ölkələrimiz arasında əməkdaşlığındərinləşdirilməsi barədə qərar qəbul edilib, bizim bugünküiclasımız üçün də bu addımlar möhkəm zəmin yaradıb. Sevindiricihaldır ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində digər sahələrüzrə platformalarda da əməkdaşlıq genişlənir və müntəzəm, intensivgörüşlər keçirilir. Bu il həm Azərbaycanda, həm də digər dost vəqardaş ölkələrdə müxtəlif mövzular üzrə keçirilən uğurlu tədbirlərvə qəbul olunan qərarlar yadda qalıb”.
Rəşad İsmayılov vurğulayıb ki, bu gün təşkilat çərçivəsindəxəritəçilik və geodeziya qurumlarını bir araya gətirən görüş dəregional səviyyədə vahid standartların tətbiqi, bilgi-məlumatmübadiləsinin gücləndirilməsi və ortaq tematik xəritələşmətəşəbbüslərinin genişləndirilməsi üçün mühüm imkanlar yaradır.
“İndi seyr etdiyimiz videogörüntüdən də göründüyü kimi,Azərbaycanda xəritəçilik sahəsi uzun və zəngin inkişaf yolu keçib,müxtəlif dövrlərin elmi-texniki nailiyyətləri ilə daha dazənginləşdirilib. Azərbaycan olaraq biz xəritəçilik, geodeziya vəGIS sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinə önəmveririk”, - deyə o qeyd edib.