AZ

Rusiya-Qazaxıstan sərhədində yüzlərlə maral öldü

BAKI, 3 dekabr. TELEQRAF

Rusiyanın Novosibirsk vilayətinin Qazaxıstanla həmsərhəd bölgəsində yüzlərlə maral tələf olub.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan KİV məlumat yayıb.

Heyvanlar Karasuyk rayonunda yerləşən donmuş göldən keçərkən tələf olublar. Yerli qurumlar bildirirlər ki, buzla örtülmüş göllərin birində heyvanları xilas etmək üçün mürəkkəb və genişmiqyaslı əməliyyat keçirilib. Bununla belə, yüzlərlə maral ölüb.

Yerli sakinlər qurumların əməkdaşlarının xilas edilən maralları sahilə atıb getmələrindən narahatdırlar. Onların sözlərinə görə, heyvanları əvvəlcə isti yerlərdə saxlamaq, sonra azad etmək lazım idi.

Seçilən
17
teleqraf.com

1Mənbələr