AZ

"Xəyanət ittifaqı" üzvləri qanun qarşısında cavab verəcəklər- ÖZƏL

"Mən əminəm ki, Dövlət Təhlükəsizlik Xidməti "Xəyanət İttifaqı" adlandıra biləcəyimiz bu yığnaqda yer alanların hamsını bir-bir üzə çıxaracaq və onlar qanun qarşısında cavab verəcəklər". Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "İndi üzümü xalqımıza tutub soruşmaq istərdim: bu "Xəyanət İttifaqı", oradakı adları bəllilərin bir vaxtlar örtülü və açıq şəkildə dəstəklədikləri başqa bir yığnaqdakılar, yəni "Milyarderlər İttifaqı"ndakılar 44 günlük savaşı qoyuram qırağa, əgər istəsə idilər belə İlham Heydər oğlu Əliyevin savaşsonrası atdığı addımlardan bircəciyinə cəsarət edəcəkdirlərmi? Hələ demirəm ki, onlarda bu bacarıq varmı? 
Taleyran xəyanətə zaman prizmasından yanaşaraq ibliscəsinə deyirdi ki, o, vaxtında ediləndə uzaqgörənlik olur. Xəyanətə meyllilikdə Taleyrandan betərdə və "Xəyanət İttifaqın"a cəlb etdiyi ünsürlərdə isə uzaqgörənlik olsa idi, üz tutduqları, marağına uyğun çıxış etmək öhdəliyi götürdükləri mərkəz onların məkrli planı haqda özü xəbər verməzdi. Çünki həmən mərkəz Azərbaycan xalqının cənab İlham Əliyevə necə yanaşdığını da, dövlət çevrilişi hazırlayanların bunu bacarmayacaqlarını və planlarının tezliklə üstünün açılacağını da gözəl bilirdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr