AZ

Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının yarışları gələn il Azərbaycanda keçiriləcək

Bakı, 3 dekabr, AZƏRTAC

Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının yarışları gələn il Azərbaycanda keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI Beynəlxalq konfransında federasiyasının prezidenti Aleksandr Çupriyan deyib.

O qeyd edib ki, federasiya hər il yeni ölkələrin qoşulması ilə daha da genişlənir və güclənir. “Biz əsas diqqətimizi federasiyanın idman bazasının inkişafına yönəltmişik. Məhz bu baza növbəti yarışların yüksək səviyyədə keçirilməsi üçün fundamental rol oynayacaq. Gələn il çempionatın Azərbaycanda keçirilməsi isə mühüm hadisədir. Hazırda beynəlxalq federasiyanı üç qitəni təmsil edən 35 ölkə birləşdirir və bu geniş əməkdaşlıq şəbəkəsi bizim əsas gücümüzdür. Düşünürəm ki, idman və işgüzar proqramla yanaşı, biz burada bu gözəl ölkənin ab-havasını, mədəniyyətini, həyat tərzini və ənənələrini də yaxından tanıya biləcəyik. Bu isə əməkdaşlığımızı daha da yaxınlaşdıracaq və gücləndirəcək”,-deyə Aleksandr Çupriyan əlavə edib.

 

Seçilən
2
azertag.az

1Mənbələr